Ermənistanın Milli Təhlükəsizlik Xidməti "Daşnaksütyun" partiyası üzvlərinin evlərində axtarışlar aparır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, axtarışlar partiya üzvü, parlamentin deputatı Qeqam Manukyan, partiyanın ali orqanının Aparat rəhbəri Vaqan Matinyan, “Yeğvard” icması şurasının üzvü, Ermənistan "Daşnaksütyun" Gənclər İttifaqı Mərkəzi İdarəsinin sədri Gevorq Muradyanın evlərində aparılıb.
Əməliyyatın gedişində Qeqam Manukyanın telefonu müsadirə olunub, oğlu Taron Manukyan isə saxlanılıb.