Putin intihar edən nazirin vida mərasiminə əklil göndərdi...
VİDEO/FOTO

Rusiyanın bir neçə gün öncə intihar edən nəqliyyat naziri Roman Starovoyt ilə vida mərasimi keçirilib.

 

“Kommersant” xəbər verir ki, Moskvada Mərkəzi Klinik Xəstəxanada keçirilən vida mərasimində onun yerinə təyin olan yeni nazir Andrey Nikitin iştirak edib. 

 

Mərasimdə həmçinin Baş nazirin müavinləri Dmitri Qriqorenko, Aleksandr Novak və Dmitri Patruşev, rəqəmsal inkişaf naziri Maksut Şadayev, mədəniyyət naziri Olqa Lyubimova və iqtisadi inkişaf naziri Maksim Reşetnikov da iştirak ediblər.

 

Prezident Vladimir Putin isə mərasimə qızılgüllərlə bəzədilmiş əklil göndərib.

 

Onun dəfn mərasimi isə iyulun 11-i baş tutacaq.

 

“Qafqazinfo” xatırladır ki, Roman Starovoytun cəsədi iyulun 7-si Moskva vilayətinin Odintsovo rayonu ərazisində şəxsi avtomobilində aşkarlanıb. 53 yaşlı Starovoyt intihar edən gün nazir vəzifəsindən azad edilmişdi.












Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.