Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer nüvə ittifaqı yaratmağa qərar veriblər.
Senzor.az bildirir ki, E.Makron və K.Starmer bunu Fransa prezidentinin Böyük Britaniyaya rəsmi səfəri zamanı bəyan ediblər.
Onlar bildiriblər ki, “istənilən düşmən" Fransa və Britaniyanın onların həyati maraqlarına olan təhlükəyə nüvə silahlarının gücü ilə cavab vermək iqtidarında olduğunu anlamalıdır. Bundan əlavə, liderlər uzaqmənzilli “Storm Shadow” raket ehtiyatlarını artırmaq və onları əvəzləmək üçün birgə yeni mərmilər hazırlamaq qərarına gəliblər.