ABŞ-da silahlı şəxs kilsədə ibadət edənlərə atəş açdı: YARALILAR VAR

ABŞ-ın Kentukki ştatının Leksinqton şəhərindəki Baptist kilsəsində silahlı şəxs insanlara atəş açıb, çox sayda yerli sakin yaralanıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ştatın qubernatoru Endi Beşir “X” sosial şəbəkəsində məlumat verib.

 

Onun sözlərinə görə, Riçmond yolunda naməlum şəxslə patrul polisi əməkdaşları arasında da atışma baş verib. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Qubernator əlavə edib ki, hücumun təfərrüatları müəyyənləşdirilir və tezliklə məlumat veriləcək.

 

Öz növbəsində “Lexington Herald-Leader” nəşri xəbər verir ki, bazar günü səhər Kentukki ştatının “Blue Grass” hava limanı yaxınlığında silahlı şəxs polis zabitinə atəş açıb. Daha sonra o, hava limanından 17 mil aralıda yerləşən Baptist kilsəsinə gedib və orada ibadət edənlərə atəş açıb.

 

Polisin hadisə yerində silahlı şəxsi zərərsizləşdirdiyi bildirilir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.