Rusiyanın erməniəsilli biznesmeni, hazırda Ermənistanda həbsdə olan “Taşir” şirkətlər qrupunun yaradıcısı Samvel Karapetyan yeni siyasi qüvvə yaratdığını bəyan edib.
Teleqraf xəbəbr verir ki, iş adamının bəyanatını onun qardaşı oğlu Narek Karapetyan yayıb.
S.Karapetyan digər siyasi qüvvələrə, xadimlərə böyük hörmət bəslədiyini qeyd edib.
"Ancaq bizim Ermənistan üçün yaxşı gələcək qurmaqla bağlı öz baxışımız var və biz öz yolumuzla gedəcəyik. Yeni komandamızla həmfikirlərlə daxili siyasi əməkdaşlığı istisna etməyəcəyik. Biz xalqımızı ədalətli və yüksək məqsədlər ətrafında birləşdirməyə çalışacağıq", - Karapetyan bildirib.
O həmçinin əlavə edib ki, artıq siyasi komandanın formalaşmasına başlanılıb.
Qeyd edək ki, “Taşir” Şirkətlər Qrupunun təsisçisi Samvel Karapetyan iyunun 19-da 2 ay müddətinə həbs edilib. Ona qarşı Ermənistan Konstitusiyasında nəzərdə tutulmayan üsullarla hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək ittihamı irəli sürülüb.