Paşinyan Makronla görüşdü
YENİLƏNİB

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makrona Brüsseldə keçirilən müzakirələrin nəticələrini açıqlayıb.

 

Senzor.az bildirir ki, bu barədə Yelisey sarayında keçirilən görüşün ardından Ermənistan hökuməti məlumat yayıb.

 

Daha əvvəl Paşinyan Brüsseldə Ursula fon der Lyayen və Antoniu Koşta ilə üçtərəfli görüşdə iştirak edib.

 

Qeyd olunur ki, Paşinyan və Makronun Parisdəki söhbətinin mərkəzində regional əhəmiyyətli məsələlər olub. Ermənistanın baş naziri Makronu Fransanın milli bayramı münasibətilə təbrik edib, Fransa prezidenti isə "Ermənistanla çoxtərəfli əməkdaşlığın inkişafına və dərinləşməsinə sadiqliyini vurğulayıb".

 

"Biz Cənubi Qafqazda təhlükəsizliyi və davamlı sülhün qurulması üçün səyləri müzakirə etdik. Bu mühüm prosesdə sarsılmaz dəstəyinə görə Fransaya təşəkkür edirəm", - Paşinyan X sosial şəbəkəsində yazıb.

 

**17:21

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldən Parisə yollanıb.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

 

Bu gün o, daha əvvəl növbəti dəfə İrəvana dövlət səfərinə dəvət etdiyi Fransa prezidenti Emmanuel Makronla görüşəcək.

 

Qeyd edək ki, N.Paşinyan bu gün Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüş keçirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.