Bu il may-iyun aylarında İspaniyada müşahidə edilən qızmar istilər 1 200-ə yaxın insanın ölümünə səbəb olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, mayın 16-dan iyulun 13-dək istilik dalğaları ilə bağlı 1 180 ölüm qeydə alınıb.
Ölənlərin 95 faizi yaşı 65-dən yuxarı olan insanlardır.
Qeyd edək ki, ötən ilin eyni dövründə İspaniyada isti havalar 70 nəfərin ölümünə səbəb olmuşdu.