Bu gün yerli vaxtla saat 10:44-də İranın şimalında yerləşən Simnan vilayətinin Şahrud rayonunda 4,7 bal gücündə zəlzələ baş verib.
Senzor.az bildirir ki, Tehran Universiteti Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzinin yaydığı məlumatda belə deyilir.
Məlumata görə, 10 km dərinlikdə baş verən zəlzələ ətraf rayonlarda da hiss olunub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.