İran Oman dənizində qaçaqmalçılıq ittihamı ilə bir xarici tankeri saxlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, tankerdə iki milyon litr yanacaq olub.
İranın Hörmüzqan prokurorluğu tankerdəki yüklə bağlı sənədlərin natamam olduğunu bildirib.
Hörmüzqan əyalətinin cənubundakı rayonun ədliyyə rəhbəri Müctəba Qəhrəmani deyib ki, xarici tankerin kapitanı və ekipajı da daxil olmaqla 17 şübhəli şəxs nəzarətə götürülüb. Onun sözlərinə görə, səlahiyyətlilər yükün təyinatını və qanunauyğunluğunu yoxlamaq üçün laboratoriya sınaqları keçirir, habelə müvafiq sənədləri yoxlayırlar.
Ekspertlər hesab edirlər ki, yanacaq qaçaqmalçılığı İranda aktual problemdir, buradakı ağır subsidiyalar daxili yanacaq qiymətlərini dünyada ən aşağı səviyyədə saxlayır və əcnəbi qaçaqmalçılar üçün yaxşı gəlir mənbəyinə çevrilir.