Britaniya Pakistan aviaşirkətlərinin uçuşlarına qadağanı ləğv edib
5 İLDƏN SONRA

Böyük Britaniya rəsmi olaraq Pakistanı uçuş məhdudiyyətləri olan ölkələr siyahısından çıxarıb, faktiki olaraq Pakistan aviaşirkətlərinə əvvəllər tətbiq edilmiş qadağanı ləğv edib.

 

Bu barədə İslamabaddakı Britaniya Ali Komissiyası məlumat yayıb.

 

Məlumata görə, indi Pakistan daşıyıcıları Birləşmiş Krallığın Mülki Aviasiya İdarəsi vasitəsilə Britaniyaya uçuş icazələri üçün müraciət edə bilərlər.

 

Qərar Pakistanda aviasiya təhlükəsizliyi standartlarının əhəmiyyətli dərəcədə yüksəldilməsindən sonra qəbul edilib.

 

"Hava əlaqələrinin bərpası təkcə əlaqələri yaxşılaşdırmayacaq, həm də iqtisadi və mədəni əlaqələrin dəstəklənməsinə kömək edəcək", - Britaniyanın ali komissarı Ceyn Marriott bildirib.

 

“Report” xatırladır ki, qadağa 2020-ci ilin iyulunda Böyük Britaniya və Avropa aviasiya orqanları tərəfindən saxta pilot lisenziyaları ilə bağlı qalmaqaldan sonra tətbiq edilmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.