Bu ilin mayında Avropa İttifaqı (Aİ) Rusiyadan 408 milyon avro dəyərində boru kəməri vasitəsilə qaz və 703 milyon avro dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib.
Teleqraf xəbər verir ki, ilin ilk beş ayında Aİ-nin Rusiyadan aldığı qazın ümumi dəyəri 6,5 milyard avroya çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur.
Mayda Rusiyadan idxal edilən LNG həcmi martdan bəri ən yüksək səviyyəyə çatıb. Əsas idxalçılar sırasında Fransa (245 milyon avro), İspaniya (168 milyon avro) və Belçika (147 milyon avro) yer alır. Niderland isə LNG idxalını 109 milyon avroya qədər artırıb.
Ümumilikdə, cari ilin mayında Avropa İttifaqı ölkələri boru kəməri vasitəsilə idxal etdikləri Rusiya qazı üçün 408 milyon avro vəsait xərcləyiblər.