“Suriya hakimiyyəti ölkədəki druz azlığının xarici qüvvələrin alətinə çevrilməsinə imkan verməyəcək”.
“Reuters” xəbər verir ki, bunu Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa xalqa müraciətində deyib.
Əl Şaraa bildirib ki, Suriya xalqı müharibədən qorxmur.
O, druz vətəndaşlarının və onların hüquqlarının müdafiəsini Suriyanın prioriteti adlandırıb.
Çərşənbə günü İsrailin Dəməşqə kütləvi hava hücumlarından sonra ilk televiziya çıxışında Əl Şaraa druz azlığına müraciət edib.
"Biz müharibədən qorxmuruq, lakin Suriya xalqının mənafeyini məhv olmaqdan üstün tutmuşuq. Druzların hüquqlarını qorumaq bizim prioritetimizdir və sizin xarici qüvvələrin əlində olmaq cəhdini rədd edirik", - o deyib.
Əhməd Əl Şaraa bəyan edib ki, Suriya ləyaqətinə təhlükə yaranarsa, döyüşməyə hazırdır
Xatırladaq ki, druzlar İsrail, Suriya və Livanda yaşayan 1 milyona yaxın ərəb dini azlığıdır.