Prezidentin kortejindəki maşınlara su ilə qarışdırılmış benzin vurdular - İRANDA İNANILMAZ HADİSƏ
FOTO

İran Prezidenti Məsud Pezeşkian bu yaxınlarda Təbrizə qeyri-rəsmi səfəri zamanı qeyri-adi vəziyyətlə üzləşib. Onun kortejindəki hər üç avtomobildə Qəzvin əyalətinə gedən yolda nasazlıq yaranıb.

 

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə Prezidentin xüsusi müfəttişi Mustafa Moulavi məlumat verib.

 

Moulavinin sözlərinə görə, avtomobil kolonu Rəşt magistralının çıxışına yaxın yanacaqdoldurma məntəqəsində dayanaraq benzin doldurub, lakin sonradan yanacağın su ilə qarışdırıldığı məlum olub.

 

Hər üç avtomobilin hələ Takestan şəhərinə çatmamış mühərriki dayanıb. Yoxlama göstərib ki, bu yanacaqdoldurma məntəqəsində əvvəllər də oxşar qanun pozuntuları qeydə alınıb, lakin o, fəaliyyətini davam etdirib.

 

İnsidentə baxmayaraq, Pezeşkian əyalət rəhbərliyinə müraciət etməyib və rəsmi araşdırma başlatmayıb. Əvəzində taksi ilə Təbrizə yolunu davam etdirib.

 

Mustafa Moulavi qeyd edib ki, bu hadisə məsuliyyətsizliyin və yanacaqdoldurma məntəqəsində nəzarətin olmamasının nümunəsidir və adi vətəndaşları da təhdid edə bilər.











Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.