Ukrayna xarici silah istehsalçılarına Rusiya ilə müharibənin getdiyi cəbhə xəttində yeni silah modellərini sınaqdan keçirməyi təklif edib.
Bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edilir ki, xarici şirkətlər öz istehsal etdikləri silahları Ukraynaya göndərəcək, onların istifadəsi ilə bağlı onlayn təlimlər keçəcək və sonra ukraynalı hərbçilər bu texnikaların döyüşdə necə işlədiyinə dair hesabat təqdim edəcəklər.
Bildirilir ki, xarici şirkətlər bu təşəbbüsə böyük maraq göstərirlər, lakin onlardan hansıların qatıldığı açıqlanmır.