İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər.
Bu barədə ABŞ Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak "X" səhifəsində yazıb.
“İsrailin Baş naziri Benyamin Netanyahu və Suriya Prezidenti Əhməd əl-Şaraa ABŞ dövlət katibi Marko Rubionun vasitəçiliyi ilə Türkiyə, İordaniya və qonşuları tərəfindən dəstəklənən atəşkəs haqqında razılığa gəliblər”, - T.Barrak qeyd edib.