Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 20-də Şimalı Kipr Türk Respublikasına (ŞKTR) səfər edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Bürhənəddin Duran sosial media səhifəsində məlumat verib.
Məlumata görə, Ərdoğan Sülh və Azadlıq Bayramı Kipr Sülh Əməliyyatının 51-ci ildönümü münasibətilə keçiriləcək mərasimlərə qatılacaq.
Qeyd olunub ki, Prezident Ərdoğan ziyarət çərçivəsində ŞKTR Prezidenti Ersin Tatarla görüşəcək, Türkiyənin töhfələri ilə həyata keçiriləcək bəzi layihələrin təməlqoyma və açılış mərasimlərində iştirak edəcək.