Qazaxıstan-Özbəkistan sərhədində qaçaqmalçılıq tuneli aşkarlandı
FOTO/VİDEO

Qazaxıstanla Özbəkistan sərhədində yanacaq-sürtkü materiallarının qaçaqmalçılığı üçün qazılmış 450 metr uzunluğunda yeraltı tunel tapılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyindən (AFM) məlumat verilib.

 

"Prokurorluğun koordinasiyası ilə AFM-nin Türküstan vilayəti üzrə İdarəsi və Milli Təhlükəsizlik Komitəsi İdarəsinin birgə əməliyyatı, eləcə də Özbəkistanın hüquq-mühafizə orqanlarının köməyi ilə yeraltı tunel vasitəsilə neft məhsullarının qaçaqmalçılığını təşkil edən beynəlxalq cinayətkar qrupun fəaliyyətinin qarşısı alınıb", - deyə məlumatda bildirilib. 

Qurumun qeyd etdiyinə görə, Qazaxıstan və Özbəkistanın sərhəd bölgəsində bir qrup şəxs 450 metr uzunluğunda yeraltı tunel qazıb, qaçaqmalçılıq fəaliyyəti iki ay ərzində həyata keçirilib. "Əməliyyat zamanı cinayət sxeminin bütün iştirakçıları, o cümlədən Özbəkistan vətəndaşları müəyyən edilib. Qazaxıstan Respublikasının beş vətəndaşı şübhəli şəxs qismində tanınıb. Tunel ləğv edilib", - deyə AFM bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.