Saakaşvili 2022-ci ildən bəri ilk dəfə məhkəməyə gəldi

Həbsxanada cəza çəkən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili 2022-ci ilin aprel ayından bəri ilk dəfə olaraq ona qarşı keçirilən məhkəmə iclasında iştirak edib.

 

Bu barədə yerli televiziya kanalları məlumat yayıb.

 

Bu gün Tbilisi məhkəməsi 2007-ci ilin noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması ilə bağlı işə baxıb.

 

Xatırladaq ki, Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib və bundan sonra ölkədə ona qarşı dörd cinayət işi açılıb. O, bunlardan ikisinə görə qiyabi olaraq üç və altı il müddətinə həbs cəzasına məhkum edilib.

 

2021-ci ilin oktyabrında Saakaşvili gizlicə Gürcüstana gəlib və saxlanılıb. Sonradan ona qarşı sərhədi qanunsuz keçməklə bağlı ittiham elan edilib. 2022-ci ilin may ayında səhhətinin pisləşməsi səbəbindən o, Tbilisidəki özəl klinikaya köçürülüb və 2025-ci ilin noyabr ayına qədər orada qalıb. Klinikada olarkən Saakaşvili bəzən videobağlantı vasitəsilə məhkəmə iclaslarına qoşulub.

 

2025-ci ilin martın 12-də Saakaşvili büdcə vəsaitlərinin mənimsənilməsinə görə doqquz il, martın 17-də isə sərhədi qanunsuz keçməkdə ittiham olunaraq dörd il altı ay müddətinə azadlıqdan məhrum edilib.

 

Saakaşvilinin ümumi cəzası 12 il 6 aydır və 2034-cü ilin ortalarında bitir. Həmçinin 2025-ci il noyabrın 6-da Gürcüstan Baş Prokurorluğu Saakaşviliyə qarşı sabotaj və hökuməti devirməyə çağırışlar ittihamı ilə yeni bir iş açıldığını bəyan edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.