
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Rzayi və Putin strateji əməkdaşlığın iki ölkə arasında əldə olunan yol xəritəsinə uyğun olaraq davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Rzayi Rusiya liderinə İran xalqına verdiyi dəstəyə görə minnətdarlığını bildirib.