![]()
İsveçrənin Sürix şəhərində kütləvi iğtişaşlar baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, “Halloven” bayramı ilə bağlı keçirilən yürüş polislə toqquşmalara çevrilib.
Minlərlə insan Qəzzadakı müharibəyə, polisə və faşizmə qarşı etiraz etmək üçün küçələrə çıxıb.
Etirazçılar nəqliyyat vasitələrini, zibil qutularını yandırıb, təhlükəsizlik qüvvələrinə butulka atıblar. Polis su şırnaqları və gözyaşardıcı qazla cavab verib.(Bax: https://www.youtube.com/watch?v=2tfT2KzTLE8)