Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi
FOTO

Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib.

 

Senzor.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

 

Qeyd olunub ki, Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib.

 

Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılıb, ərazi qapadılıb və dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb.

 

"Dayan" əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Əmrə tabe olmayan sərhəd pozucusu silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıb.

 

Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan şəxsin saxlanılması məqsədi ilə "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib və sərhəd pozucusu zərərsizləşdirilib.

 

Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, hazırda Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən birgə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.