Qazaxıstanda ekstremist qrup yaratmaqda şübhəli bilinən on nəfər saxlanıldı - VİDEO

Qazaxıstanın Atırau şəhərində ekstremist qrup yaratmaq, ona rəhbərlik və iştirak etmək, eləcə də terrorizmin təşviqi və dini zəmində nifrəti qızışdırmaqda şübhəli bilinən on nəfər saxlanılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) Mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, həmin 10 nəfər oktyabrın 30-da prokurorluq orqanlarının koordinasiyası altında məhkəməyəqədər istintaq çərçivəsində eyni vaxtda saxlanılıb.

 

Müstəntiqlərin sözlərinə görə, qrup üzvləri Qazaxıstanın qərb bölgəsində konstitusiya quruluşunun əsaslarını zorla dəyişdirmək məqsədi güdürdülər.

 

Şübhəlilərin yaşayış yerlərində aparılan axtarışlar zamanı odlu silahlar, narkotik maddələr, dini ləvazimatlar və ədəbiyyat, digər maddi sübutlar müsadirə edilib.

 

Bundan əlavə, qrup üzvləri tərəfindən yaradılmış uşaqlar və yeniyetmələr üçün üç yeraltı təhsil mərkəzinin fəaliyyəti dayandırılıb. Milli Təhlükəsizlik Komitəsi təqsirləndirilən bəzi şəxslərin əvvəllər terrorizm və adi cinayətlərdə məhkum edildiyini bildirib.(Bax: https://www.youtube.com/watch?v=7Kzd4tSM9Ls)

 



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.