Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) üzvlərini "Taliban"ın hücumlarına qarşı hər an hazır olmağa çağırıb.
Azvision.az xəbər verir ki, nazir Əfqanıstanın Özbəkistan və Tacikistanla sərhədinin yaraqlılar tərəfindən idarə olunduğunu xatırladıb.
Şoyqu qeyd edib ki, KTMT müttəfiqlərinin "Taliban" tərəfindən mümkün təxribatlara hazır olması Rusiya üçün də vacibdir: "Bunun üçün əlbəttə ki, hər şeyi edirik".
Nazir Rusiyanın Tacikistan və Qırğızıstandakı hərbi bazalarını da yada salıb. "Özbəkistan, Tacikistan, Qırğızıstan və Qazaxıstan zabitlərinin əksəriyyəti ali təhsil müəssisələrimizdə təhsil alırlar. Biz isə Tacikistan və Qırğızıstan ordusunun modernləşdirilməsi ilə məşğuluq", - deyə Şoyqu əlavə edib.