Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Pakistanın Baş naziri İmran Xanla görüşüb.
Senzor.az bildirir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Pakistanın Müdafiə naziri Pərviz Xattaqın da iştirak etdiyi görüşdə ikitərəfli və regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesində əməkdaşlıq müzakirə olunub.
Qeyd edək ki, Türkiyənin Milli müdafiə naziri Hulusi Akar səfəri çərçivəsində Pakistan İslam Respublikasının dövlət başçısı Arif Alvi ilə də görüşüb.