Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün əvvəl Qətərin rəhbərliyi ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib.
Senzor.az bildirir ki, bunu “CNN Turk” və “Kanal D” telekanallarına müsahibəsində Türkiyə lideri özü deyib.
Onun sözlərinə görə, Türkiyə hökuməti “Taliban” hərəkatının nümayəndələri ilə danışıqlara başlamaq üçün çalışır. Dövlət başçısı hərəkatın liderini şəxsən qəbul edə biləcəyini istisna etməyib.
“Türkiyənin müvafiq institutları hazırda “Taliban”la danışıqlar aparmaq üzərində işləyirlər. Ola bilsin, hətta mən onların lideri olan adamı qəbul edə bilərəm”, - Ərdoğan vurğulayıb.