Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib, 3-ü qadın və 2-si kişi olmaqla 5 nəfər ölüb.
"Report”un verdiyi məlumata görə, hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb.
Belə ki, 10 TS 922 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı qovaq ağacına çırpılıb.
Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
**09:18
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Quba rayonu, Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Nazirlikdən senzor.az-a verilən məlumata görə, FHN-in hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalmış 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.