"Qarabağ" avrokubokların qrup mərhələsinə yüksəldi ARDICIL 8-ci DƏFƏ


"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
 
Senzor.az bildirir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Şotlandiyada "Aberdin"in qonağı olub.
 
Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi rəqibini səfərdə də üstələyib (3:1) və qrup mərhələsinə vəsiqə qazanıb.
 
Beləliklə, "Qarabağ" ardıcıl 8-ci mövsüm avrokubokların qrup mərhələsində iştirak hüququna yiyələnib. Xatırladaq ki, Q.Qurbanovun komandası 2017/18 mövsümündə qitənin ən güclülərinin yarışdığı Çempionlar Liqasında əsas raundda mübarizə aparıb.
2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20 və 2020/21 mövsümlərində isə ikinci dərəcəli klub turnirində - Avropa Liqasında qrupa düşüb.
 
Onu da qeyd edək ki, Konfrans Liqasının püşkatma mərasimi bu gün-avqustun 27-də Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.