Əfqanıstanın paytaxtı Kabil şəhərində baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı yenə artıb.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, hazırda ölənlərin sayı 200 nəfərə çatıb.
Qeyd edək ki, avqustun 26-da Kabil hava limanı yaxınlığında terrorçu-kamikadzelər tərəfindən partlayışlar törədilib. Terror aktına görə məsuliyyəti “İŞİD” qruplaşması öz üzərinə götürüb.
**19:17
Ötən gün Kabil Beynəlxalq Hava Limanında törədilmiş terror aktları nəticəsində ölənlərin sayı artıb.
CBS-nin verdiyi xəbərə görə, Əfqanıstanın Səhiyyə Nazirliyindən bildirilib ki, aeroportda ölənlərin sayı 170 nəfərə çatıb.
Qeyd edək ki, terror aktları zamanı 13 ABŞ hərbçisi həyatını itirib, 18 amerikalı hərbçi xəsarət alıb.
**14:48
Əfqanıstanın paytaxtı Kabildə dünən axşam tördilən partlayışlar nəticəsində ölənlərin sayı 110 nəfərə çatıb.
Bu barədə Əfqanıstanın Səhiyyə Nazirliyinə istinadən "RİA Novosti" məlumat yayıb.
Daha əvvəl Səhiyyə Nazirliyi ümumilikdə 1338 zərəçəkənin olduğunu, o cümlədən 103 nəfərin öldüyünü açıqlamlşdı.
Qeyd edək ki, dünən Kabil hava limanı yaxınlığında silsilə partlayışlar baş verib. Terror aktına görə məsuliyyəti "İŞİD" öz üzərinə götürüb. Hücumda 13 Amerika əsgəri həyatını itirib. Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hərəkatı hadisəni qətiyyətlə pisləyib və günahkarların məsuliyyətə cəlb olunacağına söz verib.