İyunun 6-da anası ilə birlikdə qardaşı tərəfindən baltlanan 25 yaşlı Aliyə Namazova bu gün vəfat edib.
Senzor.az bildirir ki, hadisədən sonra Bakı şəhərindəki xəstəxanalardan birində müalicə olunan qadının həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, hadisə zamanı ruhi xəstə olan 31 yaşlı Kainat Namazov anası - 55 yaşlı Sevinc Həsənovaya və bacısı Aliyə Namazovaya balta ilə xəsarət yetirmiş, daha sonra yaşadıqları evi yandırmışdı. S. Həsənova hadisə yerində dünyasını dəyişmişdi.
Faktla bağlı araşdırma aparılır.