Azad edilmiş ərazilərdə növbəti yanğın hadisəsi Şuşa rayonu Qala Dərəsi adlanan ərazidə baş verib.
Senzor.az-ın məlumatına görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunub.
Alovun meşə ərazisinə keçməsinin qarşısı alınıb. Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.
Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın nəticəsində ərazidə bir neçə mina partlayışı da müşahidə edilib.
Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri mətbuat xidmətlərinin yaydıqları birgə məlumatda bildirilib ki, yanğına səbəb ərazidəki elektrik dirəyində yaranan qısaqapanma olub.