Hindistanın şimalındakı Uttarakhand əyalətinin Haridvar şəhərində məbəddə basabas nəticəsində 8 nəfər ölüb, 34 nəfər xəsarət alıb.
Bu barədə “The Times of India” məlumat yayıb.
Hadisə minlərlə zəvvarın təpənin zirvəsində yerləşən məbədə doğru hərəkət etdiyi zaman baş verib. Məbədə aparan dar pilləkən insanlarla sıx dolu olub.
İlkin məlumata görə, elektrik naqilinin yerə düşməsi səbəbindən zəvvarlar arasında təşviş yaranıb. İnsanlar müxtəlif istiqamətlərə qaçmağa başlayıb və nəticədə basırıq yaranıb.
Hadisə ilə bağlı polis araşdırmalara başlayıb.