Ötən gün Laçında baş verən qəzada ölənlər bir ailənin üzvləri olub.
“Qafqazinfo”nun məlumatına görə, Laçın rayonunun Qarakeçdi kəndi ərazisindəki qəzada ölənlər - avtomobilin sürücüsü, keçmiş polis əməkdaşı Mahir Abdullayev, onun həyat yoldaşı Şəhla Novruzova və qadının bacısı Xədicə Novruzovadır.
Avtomobildə xəsarət alaraq xəstəxanaya yerləşdirilən isə M.Abdullayevanın qardaşı qızı Ramilə Abdullayevadır.
Bildirilir ki, ailə üzvləri öz doğma yurdlarından, Laçının Hacıxanlı kəndindən qayıdırlarmış...