İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bir neçə silahlı şəxs binaya soxulub.
İndiyə olan məlumata görə, hücum nəticəsində 6 nəfər ölüb, daha 22 nəfər isə yaralanıb.
Həlak olan və yaralananların əksəriyyəti mülki şəxslərdir, onların arasında bir qadın və bir uşaq da var.
“Tasnim News” agentliyi bildirir ki, "Ceyş əl-Ədl" qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
İranın təhlükəsizlik qüvvələri üç silahlının zərərsizləşdirildiyini bəyan edib.
Onların məlumatına görə, silahlı dəstə binaya soxularaq bir neçə qumbara partladıb və mühafizəçilərlə atışmaya girib. Atışma bir neçə saat davam edib.