Almaniya artıq üç “Patriot” sistemini Kiyevə təhvil verib.
Bu barədə mənbələrinə istinadən “The Washington Post“ (WP) məlumat yayıb.
“Berlin artıq üç “Patriot” sistemini Ukraynaya təhvil verib və əlavə sistemlərin tədarükü və dəyişdirilməsi barədə Vaşinqtonla danışıqlar aparır”, - məqalədə deyilir.
ABŞ Prezidenti Donald Tramp iyulun 14-də bildirib ki, Avropa bu cür tədarükləri ödəyəcəyi təqdirdə Vaşinqton Kiyevə silah və hərbi texnika ötürməyə davam etmək qərarına gəlib.