Gürcüstanda qəza-bərpa işləri yekunlaşandan sonra Rusiyadan Ermənistana təbii qazın verilməsi bərpa edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə "Qazprom Ermənistan"ın Mətbuat xidməti məlumat yayıb.
Qazın verilişinin iyulun 26-da bərpa edildiyi vurğulanıb.
Xatırladaq ki, iyulun 24-də Gürcüstan ərazisində "Şimali Qafqaz - Cənubi Qafqaz" tranzit magistral qaz kəmərinin "Qazax - Saquramo" hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Rusiyadan Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılmışdı.