Tailand Kamboca ilə atəşkəs razılaşmasını təsdiqləyib

Tailand Kamboca ilə atəşkəs bağlamağa razıdır, lakin qarşı tərəfin “səmimi niyyətini” görmək istəyir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Tailandın Baş naziri səlahiyyətlərini icra edən, baş nazirin müavini və daxili işlər naziri Phumtham Veçayçay deyib.

 

Xatırladaq ki, dünən ABŞ Prezidenti Donald Tramp Tailand və Kamboca liderlərinin onunla danışıqlarda atəşi dayandırmaq istəklərini ifadə etdiklərini bildirmişdi. Onun sözlərinə görə, Pnompen və Banqkok artıq "dərhal görüşmək" və atəşkəs üzərində işə başlamaq barədə razılığa gəliblər. 

 

Tramp onu da açıqlayıb ki, bu şərt yerinə yetirildikdən sonra tərəflərə ABŞ ilə ticarət sazişlərinin müzakirəsinə qayıtmaq imkanı veriləcək.

 

"Prezident Trampla söhbətim olub, o, Tailand və Kambocanın dərhal atəşkəs əldə etməsini tələb edib. Mən Prezident Trampa narahatlığına görə təşəkkür etdim və qeyd etdim ki, ümumilikdə Tailand atəşkəsə razıdır. Bununla belə, Tailand Kamboca tərəfindən səmimi niyyət görmək istərdi", - o deyib.

 

O, Amerika Prezidentindən Banqkokun atəşkəs və “son nəticədə münaqişənin sülh yolu ilə həllini” müzakirə etmək üçün mümkün qədər tez ikitərəfli dialoq keçirmək istədiyini çatdırmağı xahiş edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.