Sentyabrın 9-da, axşam saatlarında “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyasında təxminən 30 yaşında bir oğlan qatar yoluna yıxılıb.
Senzor.az bildirir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, qatar yoluna yüksək gərginliyin verilməsi dərhal dayandırılıb, sözügedən şəxs polis əməkdaşlarının və metro işçilərinin köməyi ilə yoldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Onun həyatın hər hansı təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılıb.