Yol polisinə bıçaqla hücum olub
HACIQABULDA İNSİDENT

İyulun 16-da saat 2 radələrində Hacıqabul rayonu ərazisində işıq sistemi nasaz vəziyyətdə olan “Hyundai” markalı avtomobil BDYPİ-nin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb.

 

Senzor.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, polis əməkdaşları tərəfindən sürücü, Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Məmmədovun və sərnişini, həmyerlisi Yaqub Məmmədovun narkotik vasitənin təsiri altında olmaları şübhə doğurduğundan onlar həkim müayinəsinə dəvət ediliblər.

 

Lakin bu zaman onlar tabesizlik göstərib, Y.Məmmədov isə bıçaqla polis əməkdaşlarına xəsarət yetirməyə cəhd edib.

Polis əməkdaşlarının çevikliyi ilə Y.Məmmədov tərkisilah edilib.

 

Sürücünün narkotik vasitənin təsiri altında olması müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub. Onlar araşdırma aparılması üçün Hacıqabul Rayon Polis Şöbəsinə təhvil veriliblər.

 

Polis Şöbəsində şəxsi axtarış zamanı Y.Məmmədovdan 40 qram marixuana, R.Məmmədovdan heroin və metamfetamin, avtomobilə baxış zamanı isə elektron tərəzi aşkar olunaraq götürülüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.