Samir Nuriyev DGK sədri vəzifəsinin icraçısını kollektivə təqdim etdi

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin olunmuş, DGK-nın sədri vəzifəsi həvalə edilmiş Şahin Bağırovu komitənin kollektivinə təqdim edib.

 

Senzor.az bildirir ki, Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında dövlət idarəetməsinin bütün sahələrində köklü islahatların aparıldığını vurğulayıb.

 

Qeyd edib ki, islahatların əsas məqsədi idarəetməni daha da təkmilləşdirmək, dövlət orqanlarının fəaliyyətində şəffaflığa nail olmaq və vətəndaş məmnunluğunu təmin etməkdən ibarətdir. Samir Nuriyev dövlətimizin başçısının gömrük orqanlarının qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı tapşırıqlarını kollektivin diqqətinə çatdırıb.

 

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, Dövlət Gömrük Komitəsi sədrinin vəzifələrini icra edən Şahin Bağırov göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib. Şahin Bağırov gömrük xidmətində çalışan həmkarları ilə birlikdə dövlətimizin başçısının etimadını doğrultmaq üçün bütün imkanlarını səfərbər edəcəyini və gömrük orqanlarının fəaliyyətində keyfiyyət dəyişikliyinə nail olmaqdan ötrü səylə çalışacağını vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.