Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Senzor.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib.
Yanğın nəticəsində, ilkin məlumata əsasən, binanın 5-ci mərtəbəsindən 17-ci mərtəbəsinədək şaxtadan keçən kabellər yanıb.
Yanğın zamanı 30 nəfərə yaxın bina sakini təxliyə olunub.
**20:36
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Senzor.az bildirir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.