İyulun 23-də Zaqatala ərazisində zəlzələ baş verib.
Senzor.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yerli vaxtla saat 12:09-da qeydə alınan zəlzələnin ocağı 6 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 3.1-ə bərabər olub.