Zəngilanın işğaldan azad olunmuş Ağalı kəndində əhalinin məskunlaşdırılması davam edir. Son üç gündə kəndə 20 ailə köçürülüb.
Yenisabah.az xəbər verir ki. köç prosesi bədbəxt hadisə ilə müşayiət olunub. Belə ki, Kübarə Sultanova adlı qadın 29 il sonra doğma yurda dönməyin həyəcanına tab gətirməyərək, ürəktutmasından vəfat edib. K.Sultanovanın 57 yaşı olub.
K.Sultanova doğma kənddə torpağa tapşırılıb.
Allah rəhmət eləsin!