Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Senzor.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident Lerik və Göygöl rayonlarına da yeni icra başçıları təyin edib. Belə ki, dövlət başçısının müvafiq sərəncamları ilə Əkbər Bəxtiyar oğlu Abbasov Lerik, Elvin Nazim oğlu Paşayev isə Göygöl Rayon İcra hakimiyyətlərinin başçısı təyin ediliblər.