İyulun 28-dən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti saniyədə 15-20 metr, bəzi yerlərdə arabir 23-25 metr təşkil edəcək.
Senzor.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti haqqında yaydığı xəbərdarlıqda belə deyilir.
Azərbaycanın rayonlarında iyulun 27-dən üçüncü ongünlüyün sonunadək əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Qərb küləyinin sürəti saniyədə arabir 15-18 metr, 28-də bəzi yerlərdə arabir 20-25 metr olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var.