"Bünyad Sərdarov adına maşınqayırma zavodu" hərraca çıxarılır
16 MİLYON MANATA

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti avqustun 16-da və 23-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

Senzor.az bildirir ki, bu barədə qurumdan məlumat verilib.

Məlumata görə, ilk hərraca 26 nəqliyyat vasitəsi, digər hərraca isə 17 kiçik dövlət müəssisəsi və obyekti, 36 nəqliyyat vasitəsi çıxarılacaq.

Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ilkin start qiyməti 750 manatdan başlayır. Ən yüksək ilkin start qiyməti "Bünyad Sərdarov adına Maşınqayırma Zavodu" MMC-yə aiddir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 53 ünvanında yerləşən bu müəssisənin ümumi dəyəri 16 061 000 manat təşkil edir, bunun 1 692 075 manatlıq hissəsi əmək kollektivinə güzəştli satışa, 14 368 925 manatlıq hissəsi isə hərraca yönəldilib. Əmlakın ümumi faydalı sahəsi 58 472 kvadratmetr, özəlləşdirilən torpaq sahəsi isə 117 787 kvadratmetrdir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1970-2011-ci illəri əhatə edir.

Dövlət əmlaklarının tam siyahısı ilə burada tanış olmaq mümkündür: ( 

https://bit.ly/3mmNVpB )





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.