Avqustun 4-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi əsəcək.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu yarımadada gecə 21-26° isti, gündüz 32-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq.
Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 9-14° isti, gündüz 24-29° isti olacaq.