Azərbaycan Ordusunun bu gün şəhid olan əsgəri, 2004-cü il təvəllüdlü Anar Kazımov Şəmkir rayonunda dəfn olunacaq.
Senzor.az bildirir ki, bu barədə Şəmkir Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd olunub ki, şəhidin nəşi doğulduğu Qaracəmirli kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Məlumata görə, şəhid A.Kazımov subay olub. Onun bir bacısı və bir qardaşı var.
Allah rəhmət eləsin!