Bakıda və Abşeron yarımadasında avqustun 6-dan 9-u gündüzədək şimal-qərb küləyinin sürəti saniyədə 15-18 metr, 6-7-də yarımadanın bəzi yerlərində arabir 20 metr olacaq.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, avqustun 6-8-də əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında avqustun 5-i axşamdan 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayın 6-8-də bəzi yerlərdə qərb küləyinin sürəti arabir saniyədə 18-23 metr təşkil edəcək.
Çaylarda sululuğun artacağı ehtimalı var.