Bakıda və Abşeron yarımadasında avqustun 11-dən 18-dək havanın maksimal temperaturunun 35-37° isti olacağı, bəzi yerlərdə 39° dərəcə istiyədək yüksələcəyi gözlənilir.
Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 11-dən 18-dək Azərbaycanın bəzi rayonlarda havanın maksimal temperaturunun 35-39°, bəzi yerlərdə isə 41-42° isti (dağlarda 25-30°) olacağı gözlənilir.