Avqustun 14-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, cənub-şərq küləyi əsəcək.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu yarımadada gecə 24-28° isti, gündüz 34-39° isti, Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 40-50 % olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.